Səədə və Səna universitetlərinin tələbələri sionist rejimin təcavüzlərini pisləyən etiraz aksiyası keçiriblər

Yəmənin Səədə və Səna universitetlərinin tələbələri Qəzzaya qarşı sionist rejimin təcavüzlərini pisləyən etiraz aksiyası keçiriblər.

Səədə və Səna universitetlərinin tələbələri Qəzzaya qarşı sionist rejimin təcavüzünü pisləmək məqsədilə etiraz aksiyası keçirərək, bütün xalqları və dünyanın azad insanlarını səssizliyi pozmağa və sionist rejimlə münasibətlərin normallaşdırılmasına qarşı çıxmağa çağırıblar.

Səədə Universitetində etirazçılar tərəfindən verilən bəyanatda vurğulanıb:

“Sionist düşmənə bir daha bəyan edirik ki, ölkəmizə qarşı həyata keçirdiyi təcavüz bizləri Fələstin xalqının haqlı mübarizəsi ilə bağlı mövqeyimizdən çəkindirməyəcək. Biz hər kəsin diqqətini açıq-aşkar ekspansionist niyyətlərini və "Böyük İsrail" arzularını dilə gətirən bu düşmənin təhlükəsinə yönəltmək istəyirik. Bütün xalqları və azad insanları səssizliyi pozmağa və cinayətkar rejimlə münasibətlərin normallaşdırılmasının bütün formalarına qarşı olduqlarını bildirməyə çağırırıq. Bir daha Qəzzaya qarşı sionist rejimin vəhşicəsinə təcavüzlərini qəti şəkildə pisləyirik.”