İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə etiraz olaraq 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan inanclı Tərlan Səyadov da bu gündən aclıq aksiyasına başlayıb. Bu barədə o, telefon əlaqəsi saxlayaraq məlumat verib.
“Biz Xocalı kimi soyqırım yaşamışıq. Biz vəhşi, qaniçən rejimin qadın, uşaq demədən kütləvi qırğınının acısını görmüşük. Milyonla qaçqınımız, məcburi köçkünümüz olub. İndi daha vəhşi,amansız cinayətlər törədən bir qatilin ölkəmizə səfərinə biganə qala bilmərik. Birmənalı olaraq o şəxsin ölkəmizə səfərinə etiraz edirik.”
Xatırladaq ki, aparteid İsrail rejminin başçısı Benyamin Netanyahu mayın 7-də Azərbaycana rəsmi səfərə gəlir. Mayın 11-ə qədər sürəcək bu səfər Qəzzada 50 mindən artıq insan ölümünə səbəbkar olan baş nazirin qətliamlardan sonra səfər edəcəyi ilk müsəlman ölkəsi olacaq.
Netanyahunun Azərbaycana səfərinə etiraz olaraq Tərlan Səyadov da aclıq aksiyasına qoşulub