Əfqanıstanda güclü zəlzələ nəticəsində ölənlərin sayı 622-yə çatıb

Əfqanıstanın şərqində dağıdıcı zəlzələ baş verib. Hər saat ölənlərin saayının artdığı hadisə ölkəni silkələyib.

Bu haqda “Agence France-Presse” məlumat yayıb.

"Əfqanıstanın şərqində baş vermiş 6,0 bal gücündə zəlzələ zamanı ölənlərin sayı 622 nəfərə çatıb. Dağıntıların baş verməsi ölü sayının artma ehtimalını artırır", - məlumatda deyilir.

Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə, yerin 35 kilometr dərinliyində 6,2 maqnitudalı zəlzələ baş verib.