Baş Prokurorluqda istintaqı gedən yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına verilən ittihamlar ağırlaşdırılır.
AzadlıqRadiosunun məlumatına görə, təqsirləndirilən şəxslərdən bəzilərinə yeni ittihamlar verilib: "Bəzilərinin ittihamı ağırlaşdırılıb. Digər təqsirləndirilən şəxslərə münasibətdə də bu prosesin davam edəcəyi gözlənilir. Bu, həm həbsdə olanlara aiddir, həm də barəsində alternativ qətimkan tədbiri seçilənlərə".
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının vəkili Fariz Namazlı AzadlıqRadiosuna məlumatı təsdiqləyib. Vəkil bildirib ki, müvəkkilinə əlavə ittihamlar verilib, ancaq "QHT işi" üzrə təqsirləndirilən digər şəxslərin durumundan xəbəri yoxdur.
B.Süleymanlı 2025-ci il martın 14-də həbs ediləndə ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham verilmişdi. Ona CM-in 193-1.2.2 və 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı təkrar və qulluq mövqeyindən istifadə etmək leqallaşdırma) maddələriylə əlavə ittiham elan edilib. Eyni zamanda, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittiham nisbətən yüngülləşdirilərək 308.1 maddəsinə tövsif olunub. Bu maddələrin sanksiyasında 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Vəkili bildirib ki, B.Süleymanlı ittihamların heç birini qəbul etmir: "Özünü təqsirli bilmir, hüquq müdafiəçisi kimi fəaliyyətinə görə həbs olunduğunu deyir".
İstintaqa 100-dən artıq şəxs cəlb olunub
Baş Prokurorluğun İstintaq İdarəsində "QHT işi" üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt B.Süleymanlı ilə yanaşı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) da həbs olundu. Apreldə daha üç nəfər - ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verildi.
Vətəndaş cəmiyyətinin xeyli sayda fəalı isə təqsirləndirilən şəxs qismində cəlb olunsa da, istintaq dövrü üçün onlar haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov və başqaları var.
Adları çəkilən şəxslərlə yanaşı, hazırda ölkədən kənarda olan Sosial Hüquqlar Mərkəzi rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında bu cinayət işi üzrə həbsli axtarış qərarı verilib.
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, QHT-lərlə bağlı cinayət işi üzrə istintaqa 100-dən artıq şəxs cəlb olunub. Onların arasında qrant vermiş beynəlxalq donor təşkilatlarının Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları da var. Bundan əlavə, hökumətyönlü QHT rəhbərlərindən bir neçəsinin də istintaqa cəlb edilənlər sırasında olduğu bildirilir.
Xatırlatma
2014-cü ilin yayında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi başlanmış, ardından ölkədə bir sıra təşkilat rəhbərləri həbs olunmuşdu. Onların arasında Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, icraçı direktoru Bəşir Süleymanlı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, həyat yoldaşı, tarixçi alim Arif Yunus, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov vardı. Adları çəkilən şəxslərin hamısına münasibətdə Avropa İnsan Haqları Məhkəməsi Konvensiyanın 18-ci (hüquq və azadlıqların Konvensiyadan kənar məqsədlərlə məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıyıb.
Təşkilat rəhbərlərinin həbsinin ardından ölkədə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə xeyli əlavə və dəyişiklik edilib. Beynəlxalq təşkilatlar, o cümlədən Venesiya Komissiyası həmin dəyişiklikləri tənqid edib, təşkilatların fəaliyyətini məhdudlaşdırmağa hesablandığını vurğulayıb.
'QHT işi' üzrə təqsirləndirilənlərin ittihamları ağırlaşdırılır