“Qarabağ” səfərdə "Napoli"yə məğlub olub

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyuna çıxıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Napoli”nin qonağı olub.

İtaliyada baş tutan görüşə saat 00:00-da start verilib.

Gərgin keçən matçda təmsilçimiz rəqibinə 0:2 hesabı ilə məğlub olub.

UEFA Çempionlar Liqası
V tur

25 noyabr

00:00 Napoli – Qarabağ 2:0