Siyasi məhbus Mayıl Kərimov Nardaran hadisəsinin ildönümündə paylaşım edib

“Bağışlayan və Mehriban Allahın adı ilə.
26 noyabr Nardaran hadisələrinin 10-cu ildönümü münasibətilə ilk növbədə bu hadisədə şəhadətə çatan qardaşlarımızın ailələrinə, sonra isə müsəlman bacı və qardaşlarıma dərin hüznlə baş sağlığı verirəm. Allahdan şəhidlərimizə rəhmət, ailə üzvlərinə səbr diləyirəm.
Allahı Qəhhar sifətinə and verirəm ki, tez bir zamanda zalımlardan – Nardaran, Tərtər, Gəncə və digər yerlərdə qan tökmüş cinayətkarlardan – qisasını alsın, inşallah. Diləyimiz Zamanın İmamının (ə.f.) zühurunun təcil olması ilə Allahın dünyada ədaləti bərqərar etməsidir.”
 
 
Mayıl Kərimov, MBH üzvü