Mərasimdə çıxış edən höccətül-islam vəl-müslimin Əli Əlizadə Qurani-kərim ayələrinə və mübarək hədislərə əsaslanaraq yaradılışda haqq və batil qarşıdurmasının tarixindən danışıb. O, insanın səadətə çatmasının yeganə yolunun haqq yolunu davam etdirmək olduğunu vurğulayıb və Həzrət Zəhra (s.ə) ilə övladlarının məhəbbətinin insanın kamilləşməsində əvəzolunmaz rol oynadığını qeyd edib.
Mərasimin davamında Məhəmmədrza Bəzri Həzrət Fatimə Zəhra (s.ə) haqqında şeirlər səsləndirərək mərsiyə və növhə oxuyub.
Həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə keçirilən əzadarlıq mərasiminin ikinci gecəsi Ali Rəhbərin iştirakı ilə baş tutub
Həzrət Fatimə Zəhra (s.ə) şəhadəti münasibətilə təşkil olunan əzadarlıq mərasiminin ikinci gecəsi bu gün axşam (şənbə gecəsi) İran İslam İnqilabının Ali Rəhbərinin və cəmiyyətin müxtəlif təbəqələrindən minlərlə insanın iştirakı ilə İmam Xomeyni Hüseyniyəsində keçirilib.