Çempionlar Liqası: “Araz-Naxçıvan” “Benfika”ya məğlub oldu

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyununu keçirib.

Məlumata əsasən, ilk iki raundu uğurla adlayan Azərbaycan çempionu bu mərhələdə Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan görüş rəqib komandanın 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab oyunu dekabrın 5-də keçiriləcək. Cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) duelinin qalibi ilə qarşılaşacaq.