Kuba xarici işlər naziri Bruno Rodrigez verdiyi açıqlamada ABŞ-ın Venesuela hökumətinin narkotik qaçaqmalçılığı qrupları ilə əlaqəli olduğu iddiasının əsassız olduğunu bildirib.
“Vaşinqton bu yalan iddianın arxasında Karakasın neft ehtiyatlarına hakim olmaq kimi əsl məqsədini gizlətmək istəyir”, – deyə o qeyd edib.
O, “Cartel de los Soles”in rəhbərliyini Venesuela prezidenti Nikolas Maduroya aid etməyin və kartelin adını terror təşkilatları siyahısına salmağın ABŞ kəşfiyyat xidmətləri tərəfindən uydurulmuş bir sui-qəsd planı olduğunu bildirərək vurğulayıb:
“Vaşinqton bu hərəkətlə Latın Amerikası və Karib dənizi bölgəsinə qarşı hərbi təcavüzü və bu bölgəyə qarşı silahlı siyasətə qayıtmağı haqlı çıxarmağa çalışır”.
“ABŞ-ın əsl məqsədi Venesuelanın neft ehtiyatlarına hakim olmaqdır”