Qırğızıstan polisi niqab geyinən yüzlərlə qadına böyük cərimələr yazıb, rəsmi xəbərdarlıqlar edib. Niqab, əsasən, müsəlmanların yaşadığı bu ölkədə bu ilin əvvəlindən qadağan olunub.
Azı 29 qadının hər biri niqab qadağasını pozduqları üçün 20 min som ($230) cərimələnib.
Qadınlar cənubi Oş bölgəsində və cənub-qərbdə yerləşən Cəlal-Abad vilayətində reydlər zamanı saxlanılıb.
Apreldə Oşda reydlərin ilk iki günü ərzində ictimai yerdə niqab geyinən təxminən 300 qadınla bağlı polis tədbir görüb. Məlumatı regional polis yayıb.
Niqab bütün üzü örtür, yalnız gözlər açıq qalır.
Prezident Sadır Japarovun imzaladığı qanunda ölkədə "paranca" adlanan niqab birbaşa qeyd olunmur. Ancaq qanun dövlət idarələrində və ictimai yerlərdə "şəxsin tanınmasını mümkünsüz edən" geyimləri qadağan edir.
Qadağa hicaba aid deyil, hicab yalnız başı və boyunu örtür, üz açıq qalır.
Niqab son 10 ildə Qırğızıstanda, xüsusilə Oş və Cəlal-Abadda populyarlaşıb. Reydlər də, əsasən, bu iki vilayətdə keçirilir.
Niqab qadağası haqda bilgiləndirmə
Yerli orqanların bilgisinə görə, niqab qadağasının tətbiqini hədəfləyən kampaniya apreldən gedir, küçələrdə reydlər, eləcə də bilgiləndirmə tədbirləri gerçəkləşdirilir.
Hüquq-mühafizə orqanları, o cümlədən qadın polis əməkdaşları əhali ilə görüşlər keçirir, qanunu izah edən bukletlər paylayıb.
Oş bölgəsinin Qarasu, Özgön və Nookat rayonlarında ictimai yerlərdə qoyulan böyük televiziya ekranlarında qadağa və cərimə haqda videoçarxlar göstərilib.
Oşun paytaxtı olan eyniadlı şəhərdə niqab geyinən 300-dək qadınla söhbət aparıldığı bildirilir. Qadınlara xəbərdarlıq edilib, bukletlər paylanılıb.
Təhlükəsizliyə hədə?
Qırğızıstanda niqabın populyarlaşması bəzi yerli siyasətçilər, ictimai xadimləri narahat edib, onu təhlükəsizliyə hədə sayıblar. Digərləri isə niqabın qırğız mədəniyyətinin tərkib hissəsi olmadığını bildirirlər.
Parlament və qırğız mediası niqabın cəmiyyətdəki yeri barədə 10 ildən çoxdur müzakirələr aparır.
Dövlətin dəstəklədiyi Qırğızıstan Müsəlman Ruhani İdarəsi hökumətin mövqeyini açıq müdafiə edərək bildirir ki, "hicab müsəlman qadınlar üçün məcburidir, amma niqab yox".
Tənqidçilərin fikrincə, bu qadağa niqab geyinməyi seçən qadınların azadlıqlarını məhdudlaşdırır.
Niqab Orta Asiyanın digər ölkələrində də yasaqlanıb, orada həmçinin məktəblərdə və iş yerlərində hicaba da qadağa tətbiq olunub. Qırğızıstan isə regionda hicaba məktəblərdə və dövlət idarələrində icazə verilən yeganə ölkədir.
Qırğızıstanda niqab qadağası: qadınları cərimələyir, xəbərdarlıq edirlər