İsrailin XİN rəhbəri Fələstin dövlətinin yaradılması üçün İsrailin şərtini açıqlayıb

Fələstin dövlətinin yaranması İsrailin qərarından asılıdır.

The Times of Israel” xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Belçika mətbuatına müsahibəsində deyib.

O, Belçikanın Fələstini tanımaq qərarını “qəribə” adlandırıb və bu qərarın kənar təzyiqlər altında qəbul edildiyini iddia edib.

İsrail XİN rəhbəri Fələstin dövlətinin qurulub-qurulmamasının Belçika hökumətinin qərarından yox, İsrail hökumətinin qərarından asılı olduğunu vurğulayıb.

Gideon Saar İsrailin Qəzza əhalisini idarə etmək niyyətind’ olmadığını bəyan edib.

O, Fələstin dövlətinin qurulmasını birmənalı olaraq inkar etməyib və bu prosesin yalnız İsrailə qarşı yanaşmanın dəyişməsi ilə real görünə biləcəyini bildirib.

İsrailin xarici işlər naziri ABŞ Prezidenti Donald Trampın Qəzzanı idarə etmək və yenidən qurulmasını təşkil etmək planına da münasibət bildirib.

“Bu yaxşı bir hadisə ola bilər, amma iki şərti var. İlk növbədə, Qəzzanı tərk etmək istəyənlər bunu azad şəkildə edə bilməlidir. İkincisi isə, Qəzzanı tərk edənləri qəbul edəcək ölkələr tapılmalıdır”, - Gideon Saar əlavə edib.