Tale Bağırzadə karserə salınıb

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə etiraz olaraq ötən gün (1 may) aclıq aksiyasına başlayan İlahiyyatçı Hacı Tale Bağırzadə bu gün karserə salınıb. Məlumata görə bu səhər həbsxana rəhbərliyi onunla görüşərək ondan aclığı dayandırmasını istəyib. 

Tale Bağırzadə isə uşaq qatili, insanlıq əleyhinə saysız cinayətlər edən bir şəxsin ölkəsinə gəlişinə etirazını davam etdirəcəyini bildirib. Bundan sonra rəhbərlik tərəfindən onun karserə salınmasına göstəriş verilib. Hal-hazırda ilahiyyatçı 12 saylı cəzaçəkmə müəsisəsində karserdədir.

Xatırladaq ki, Tale Bağırzadə mayın 7-də Azərbaycana rəsmi səfərə gələn İsrailin baş naziri Benyamin Netanyahunun gəlişinə etiraz olaraq mayın 1-dən aclıq aksiyasına başlayıb. İlahiyyatçı eyni halda çağırış edərək hər kəsi etiraza dəvət edib.