Keçmiş "hicab məhbusu"na hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsi növbəti inanclıya hökm oxuyub. iclas Aydın Canbaxış oğlu Məmmədov barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.

Hakim tərəflərin vəsadətlərini araşdıraraq sonra qərarı elan edib. O, ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Aydın Məmmədovu 3 il müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, Aydın Məmmədov 2024-cü ilin aprel ayında saxlanılmış və barəsində saxta narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü.

Aydin Məmmədov 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyi önündə “Hicaba azadlıq” aksiyasında həbs edilmişdi. Məhkəmə onu 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmişdi.