İsrail druzları qorumaq bəhanəsi ilə Suriyaya hücum edir

İsrail ordusunun Suriyada hərbi hədəfə hava hücumu təşkil etdiyi və bu hücumun druz icmasına qarşı planlaşdırılmış hücumun qarşısını almaq üçün edildiyi açıqlanıb.

İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Gallant İsrail ordusunun Suriyada hərbi hədəfə hava hücumu təşkil etdiyini və bu hücumun druz icmasına qarşı planlaşdırılmış hücumun qarşısını almaq üçün edildiyini açıqlayıb.

İsrail birgə bəyanatında əməliyyatın "xəbərdarlıq" və Suriya hökumətinə "ciddi mesaj" vermək məqsədilə həyata keçirildiyini bildirib.

"İsrail Suriyanın druzlara zərər vurmaq cəhdlərinə biganə qala bilməz", - bəyanatda deyilir.

Netanyahu və Gallant Suriyanın paytaxtı Dəməşqə bağlı bölgələrdə yerləşdirilən bəzi hərbi ünsürlərin çoxlu druz əhalinin yaşadığı bölgələrə hücum etməyə hazırlaşdıqlarına dair kəşfiyyat məlumatı aldıqlarını bildiriblər.

İsrail rəsmiləri ölkədəki druz icmasının təhlükəsizliyini təmin etmək əzmində olduqlarını vurğulayarkən, “İsraildəki druzlarla güclü bağımız Suriyadakı qardaşlarımızın da qorunmasını zəruri edir” deyib.

Bəyanatda həmçinin deyilir: "İsrail bizim ərazimizdən kənarda olan druz icmalarına zərər verilməsinə icazə verə bilməz. Bu münasibət həm humanitar, həm də tarixi məsuliyyətimizin tələbidir".