Fələstin torpaqlarını zəbt edən israillilər işğal altındakı Qüdsdəki Əl-Əqsa məscidinə basqın edib.
Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, fanatik yəhudilər İsrail polisinin ağır mühafizəsi altında Əl-Əqsa həyətinə daxil olublar. Onlar qruplar halında Əl-Əqsa həyətinin ətrafında təxribat xarakterli parad keçirərək orada “Talmudik” ayinlərini icra ediblər.
Basqın zamanı İsrail polisi fələstinlilərin Məscidül-Əqsaya daxil olmasının qarşısını almaq üçün Qüdsün girişlərində və Məscidül-Əqsanın qapılarında varlığını artırıb.
Əl-Əqsa məscidinə basqınlar
26 oktyabr 1994-cü ildə İsrail və İordaniya arasında imzalanmış sülh müqaviləsinə əsasən, Əl-Əqsa məscidi İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəslər Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.
2003-cü ildən İsrail quldur dəstələri İsrailin birtərəfli qərarı ilə, administrasiyanın icazəsi olmadan və polisin müşayiəti ilə müqəddəs ziyarətgaha, Məscidül-Əqsaya daxil olurlar. Bu girişləri basqın kimi xarakterizə edən Qüds İslam Vəqfləri İdarəsi müsəlmanların suverenliyinin pozulduğunu vurğulayır.
İşğalçı israillilər “Süleyman məbədinin xarabalıqlarının yerləşdiyini” iddia edərək, içərisində Qiblə məscidi və Qübbəli Qaya, eləcə də muzey, mədrəsələr və böyük həyətin yer aldığı Məscidül-Əqsa Kompleksinin altında qazıntı işləri aparırlar.
İsrail hökuməti “yalnız müsəlmanların ibadət edə biləcəyi və başqa dinlərin nümayəndələrinin ziyarət edə biləcəyi” Məscidül-Əqsada tarixi status-kvonun qorunduğunu müdafiə edir.
Bununla belə, fanatik yəhudilər İsrail polisinin himayəsi altında Əl-Əqsada keçirilən reydlər zamanı tez-tez namaz qılar və dini ayinləri yerinə yetirərkən kameralara tuş gəlir.
Yəhudilər Əl-Əqsa məscidinə basqın etdilər