Dəməşq yaxınlığında HTŞ qüvvələri ilə dürzilər arasında qarşıdurma yaranıb

Suriyanın paytaxtı Dəməşqdə terror təşkilatı Heyət Təhrir əl-Şam (HTŞ) ilə dürzilərə bağlı hərbi qruplaşma arasında baş verən qarşıdurmada çoxlu sayda insan həlak olub.

Suriyanın paytaxtı Dəməşqə bitişik Səhnaya bölgəsində baş verən silahlı toqquşmalardan sonra bölgədə gərginlik artıb.

Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, insidentlər çərşənbə axşamı gecə saatlarında başlayıb və çərşənbə səhərinə qədər davam edib.

Colani qüvvələrinin nəzarəti saxlamaq üçün bölgəyə giriş-çıxışları bağladığı və komendant saatı elan etdiyi bildirilib.

Səhiyyə Nazirliyinin məlumatlarının da yer aldığı açıqlamada qarşıdurmalarda ölənlərin sayının 11-ə çatdığı, çoxlu sayda yaralının olduğu bildirilib.

HTŞ terror təşkilatının silahlıları Səhnəyədəki dürziləri yandırmağa çağırır.

HTŞ-in Dəməşqə nəzarəti ələ keçirdiyi dekabrın 8-dən bəri Ələvi ərəblərə və druzlara qarşı hücumlar edilir.