Ukrayna Macarıstan və Slovakiyaya neft ixrac edən “Dostluq” kəmərinə yenidən zərbələr endirib

Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri yenidən “Dostluq” neft kəmərinə hücum zərbələr endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandiri, "Madyar" adlandırılan qrupun rəhbəri Robert Brovdi Telegram-da məlumat verib.

Onun sözlərinə görə, Bryansk vilayətində nasos stansiyası zədələnib.

Qeyd edək ki, Ukrayna Macarıstan və Slovakiyaya neft ixrac edən “Dostluq” kəmərinə bundan əvvəl sə bir neçə dəfə zərbələr endirib. Ukraynanın bu addımı Macarıstan və Slovakiya tərəfindən kəskin etirazla qarşılanıb.