Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları və davam edən blokada səbəbindən Qəzza zolağında aclıq və qida çatışmazlığından ölənlərin sayı 404-ə yüksəlib.
Anadolu Agentliyi yazır ki, həyatını itirənlərdən 141 nəfəri körpədir.
Nazirliyin açıqlamasında bildirilib ki, son 24 saat ərzində daha 6 fələstinli aclıq və yetərsiz qidalanma səbəbilə dünyasını dəyişib.
Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi “IPC” təşkilatı 22 avqustda Qəzza şəhərində “qıtlıq vəziyyəti” elan edib. Həmin tarixdən bu günədək, 25-i uşaq olmaqla 121 nəfərin aclıqdan öldüyü bildirilir.
Qəzza zolağında aclıqdan ölənlərin sayı 404-ə yüksəlib