İsrail son iki əsrin ən böyük media işçilərinin qətliamı ilə tarixə adını həkk etdi

İsrailin Fələstində qətliam törətməsi XX və XXI əsrlərin ən böyük media işçilərinin öldürülməsi ilə tarixi faciəyə yol açıb. Bütün imkanları ilə ərazisindən məlumatların sızmasına ciddi senzura qoyan İsrail öz cinayətinin qarşısını almaq üçün Qəzzada jurnalist soyqırımını davam etdirir. Müqayisə üçün təqdim edilən rəqəmlər sözün həqiqi mənasında dəhşət saçır.

Ötən əsrin ən böyük insan itkisinə səbəb olan ikinci dünya müharibəsi zamanı milyonlarla insan ölümü müqabilində jurnalistlərin sayı 69 nəfəri keçməyib.

1955-75-ci illəri əhatə edən Vyetnam müharibəsi belə itkilər sırasında jurnalislərin sayını 63-dən yuxarı yüksəltməyib. Böyük təəssüflə kiçik bir ərazidə, Qəzza anklavında İsrailin bu əraziyə hücumu qeyd edilən hadislərdə itkiləri dəfələrlə artırıb.

23 aylıq müharibə tarixi (2023-cü il 7 oktyabr) İsrailin Qəzzada yaratdığı cəhənnəm tarixin ən dəhşətli insan qətliamına, soyqırıma yol açdı ki, son statistik göstəricilərə görə hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 63 min 633 nəfər, yaralı sayı isə 160 min 914 nəfərə yüksəlib.

Sırada öldürülən jurnalistlərin sayı isə 220-nəfərdən çoxdur. Yalnız bir gündə, avqustun 10-da İsrail Qəzzada 6 jurnalist qətlə yetirib ki, bu 2 əsrin müharibələri sırasında raslaşılmayan hadisədir.