134 mindən çox fələstinli qətlə yetirilib

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Fələstin Mərkəzi Statistika Bürosu “Nəqbə”nin – “Böyük Fəlakətin” 76-cı ildönümünə həsr edilmiş hesabat dərc edib.

Qeyd edək ki, Fələstin xalqı 1948-ci ildən hər ilin 15 may tarixində adıçəkilən günü qeyd edir.

Məruzəyə əsasən, 1948-ci ildən bəri 134 mindən çox günahsız fələstinli həm Fələstin daxilində, həm də Fələstin hüdudlarından kənarda qətlə yetirilib.

Təkcə 2023-cü il 7 oktyabrdan bəri isə Qəzza sektorunda 35 344 dinc fələstinli (14 944 uşaq, 9 849 qadın) öldürülüb. Bundan başqa, əsasən uşaqlar və qadınlar ibarət 7 minə yaxın qəzzalıdan isə xəbər yoxdur. İordan çayının Qərb sahilində isə 7 oktyabrdan bəri 492 dinc fələstinli qətlə yetirilib.

Məlumata əsasən, 1967-ci ildən bəri təxminnə 1 milyon fələstinli İsrail tərəfindən tutulub, həbs edilib.

2023-cü il 7 oktyabrdan etibarən isə təkcə Qərb sahilində 8 520 fələstinli saxlanılıb – onların bir qismi sərbəst buraxılsa da, bir qismi hələ də tutuludur.

2024-cü ilin aprel ayının sonuna olan məlumata əsasən, İsrail həbsxanalarındakı fələstinlilərin sayı 9,4 mindir.