Qəzzada müharibənin əvvəlindən 630-dan çox tibb işçisi həlak olub

Tass xəbər agentliyi Əl-Məyadin telekanalına istinadən bildirib ki, ötən il oktyabrın 7-dən bəri Qəzzədə tibb müəssisələrinin 630-dan çox əməkdaşı öldürülüb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olanlar arasında 500 həkim və kişi tibb işçisi, həmçinin 138 qadın tibb bacısı var. Telekanalın bildirdiyinə görə, İsrail rejimi hərbi əməliyyatlar zamanı müxtəlif tibb müəssisələrinə, xəstəxanalara və təcili yardım maşınlarına zərbələr endirir.

2023-cü ilin oktyabr ayından Qəzzənin səhiyyə sisteminə 430-dan çox hücum qeydə alınıb, 722 nəfər həlak olub, daha 924 nəfər isə yaralanıb.