Məhəmməd İslami: "İranda yeni nüvə reaktoru tikiləcək"

Məhəmməd İslami: "İranda yeni nüvə reaktoru tikiləcək"

Operativtv.com AzadBaki-ya istinadən xəbər verib ki, dünən İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Şiraz şəhərində yeni nüvə reaktorunun tikiləcəyini açıqlayıb. 

Məlumata görə, o, bununla bağlü deyib: "Bu addım nüvə elmi və texnologiyasının inkişafı və tədqiqat, elmi və tədris işləri üçün həyata keçirilir"

Onun sözlərinə görə, Şiraz şəhəri bu məqsədə çatmaq üçün uyğun yerlərdən biridir və tezliklə layihəyənin tikintisi işlərinə başlanacaq.