Qəzzada İsrail ordusunun daha 5 hərbçisi ölüb

Qəzza sektorunun şimalındakı Cəbəliyə bölgəsində 5 İsrail hərbçisi həlak olub.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

IDF-nin ilkin təhqiqatına əsasən, Cəbəliyə düşərgəsində tank axşam saat 19:00 radələrində hərbçilərin toplaşdıqları binaya səhvən iki mərmi atıb. İnsident nəticəsində 5 İsrail hərbçisi həlak olub, 3-ü ağır olmaqla 7 hərbçi yaralanıb. Əsgərlərin hamısı Paraşütçülər Briqadasının 202-ci Batalyonunda xidmət edib.

Qeyd olunub ki, tank qüvvələri binanın pəncərələrindən birindən tapança lüləsini müəyyən etdikdən sonra bunun HAMAS döyüşçüləri olduğunu zənn edərək binaya atəş açıb.