"Mançester Siti" "Tottenhem"i məğlub edib

İngiltərə Premyer Liqasının (APL) 37-ci turunda “Mançester Siti” komandası London “Tottenhem”indən güclü olub.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, 61 tamaşaçının izlədiyi görüş Pep Qvardiolanın rəhbərlik etdiyi komandanın 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 51-ci dəqiqədə norveçli hücumçu Erlinq Haaland açıb.

Oyunun 91-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Haaland dubl edib.

Bu qələbədən sonra “şəhərlilər” 88 xal toplayaraq ən yaxın izləyicisi London “Arsenal”ını iki xal qabaqlayaraq İngiltərə çempionatının turnir cədvəlində birinci yeri təmin ediblər.

"Tottenhem" 63 xalla 5-ci pillədə qalıb və Çempionlar Liqasına vəsiqə şansını itirib.