Hacı Tale Bağırzadənin durumu hələ də təhlükə altındadır

Ötən gün su problemi ilə bağlı Tale Bağırzadənin etirazı səbəbindən yaradılan insident hələ də həllini tapmayıb. Penitensiar Xidmətin qaynar xəttinə edilən şikayət isə bu narahatlığın haqlı olaraq baş verməsini bir daha təsdiqləyir. 12 saylı müəssisədə fiziki zor yaşadılaraq döyülən, burunu belə sındırılan şəxslərin vəziyyəti ilə bağlı müraciətə Ədliyyə orqaninin cavabı özünəməxsus olub. 

Xidmət yaranan su problemi, məhbusların əziyyət çəkdiyi həyati əhəmiyyətli məsələnin həll edilməsinə maraqlı olmaq əvəzinə bəlli hadisənin ört-basdır etməsi bu günə qədər də həbsxanalarda baş verən cinəyatlərin qapadılan ssenarisinin davamı olmasıdır.

“Müəsisədə heç bir insident yaşanmayıb, heç kəsə fiziki zor göstərilməyib və heç bir problem qeydə alınmayıb.” 

Hər kəsdə Penitensiar Xidmətin qaynar xəttindən verilən bu növ cavab eyni şübhəni oyadacaq: döyülən, əzilən, işgəncə faktları ortada ikən bunu israrla rədd edən orqan Tale Bağırzadə ilə davranışda qapalı məkanda hansı təhlükəli addıma imza atmaz ki?!

Vəziyyətlə əlaqəli narahatlıq yaşayaraq hərəkat, mövzunu araşdırılması üçün Respublika Prokurorluğuna məktub hazırlayır. Penitensiar Xidmətin bu növ yanaşması məlum narahatlığı nəinki qüvvədə saxlayır, hətta daha da artırır. Hərəkat birmənalı olaraq məsələnin həlli və həbs həyatına məhkum edilən Tale Bağırzadənin durumundan narahatlıq və həyəcanını ifadə edir. Məsələ ilə bağlı o, işin hüquqi həlli üçün bütün qanuni addımların atılmas fikirindədir.
  

MBH mətbuat katibliyi