Hacı Tale Bağırzadə: “Rejim bu addımı ilə son ali dəyərləri də ayaqları altına qoydu”

Hakimiyyətin xalqa qarşı amansız davranışları bütün sərhədləri aşmaqda davam edir. Haqq səsinin susdurulması üçün rejimin anti-insani addımlar atması tənəzzül həddə qədər enməsindən xəbər versə də, onun xalq olaraq Azərbaycan qadınına bəslənilən ehtiramı belə məkirli oyununa vasitə edəcəyi rəzalətdən başqa bir şey deyil.
Ötən illərdə qadınlara qarşı siyasi təzyiqlərdə göstərilən həssaslıq artıq bu gün boğulmaqda olan rejimi elə bir vəziyyətə gətirib ki, o, öz kürsünü qorumaq üçün Azərbaycan qadınlarını şərləməkdən çəkinmir.
Jurnalistlər, ölkənin siyasi durumuna güzgü tutan media işçilərinin həbsi ilə azğınlaşan rejim indi də inanclı, hicablı xanımlar üzərində güc nümayiş etdirərək qorxu mühitini qorumağa çalışır.
Birmənalı bu addımlar yolverilməz olduğu kimi hər bir qeyrətli Azərbaycan vətəndaşının haqlı etirazına səbəb olmalıdır. Rejim anlamalıdır ki, ölkənin bütün müqəddəs dəyərləri onun siyasi manipulyasiyasının qurbanı olmayacaq.
Biz hakimiyyətin bu iyrənc siyasətini sərt şəkildə qınayır və xanımlara qarşı həbsləri qeyd şərtsiz dayandırmağı ondan tələb edirik. Bir daha müqəddəs dəyərlərə qarşı atılan addımların qorxunc nəticələr verəcəyi ilə bağlı xəbərdarlıq etməklə, rejimi bu məsələdə ağıllı davranmağa çağırırıq.