Son iki gündə İsrail Ordusunun Qəzza sektorunda 5 hərbçisi məhv edilib

Qəzza sektorunda HAMAS-a qarşı aparılan hərbi əməliyyatda İsrail Ordusunun daha bir hərbçisi həlak olub.

Bu barədə İsrail Ordusu məlumat yayıb.

Qeyd edilib ki, “Naxal” briqadasının döyüşçüsü 20 yaşlı Ariel Tsimm Qəzza şəhərinin Zeytun rayonunda HAMAS silahlıları ilə atışmada məhv edilib. O, son iki gündə “Naxal” briqadasının məhv edilən 5-ci hərbçisidir. Mayın 11-də briqadanın 4 döyüşçüsü bu məkanda baş verən partlayışda öldürülmüşdü.

Beləliklə, Qəzza sektorunda quru əməliyyatı başlayandan bu günə qədər İsrail Ordusu 272 hərbçisini itirib. Ümumilikdə, keçən ilin payızında Qəzza sektorunda vəziyyətindən gərginləşməsindən sonra ötən dövr ərzində İsrail Ordusunun 620 hərbçisi məhv edilib.