Hacı Tale Bağırzadənin həbsxanadan Tale Yusifovun şəhadəti ilə bağlı başsağlığı bəyanatı

Bir ömür insan özünə məqsəd bildiyi, həyatının son nöqtəsi olaraq arzularının imzası ilə sonuclanacağı şübhəsizdir. Elə buna görə də seçim həqiqəti şərəfli ömrün ləyaqətli ölümü olaraq insan həyatının axirət keçidində bir daha onun ali simasını tərənnüm edir.
Hərəm müdafiəçisi, şəhid Tale Yusifovun mübarizə və mücadilə dolu ömrü kimi. O, İlahi rizayətin zirvəsinə yüksəlmək üçün bir insan ömrünün nəhayətinə vararaq təkcə nəfsi ilə deyil, bütün zülm və haqsızlıq ilə qarşı-qarşıya duraraq mübarizə apardı.
Heç təsadüf deyil ki, zalımın zindanından şəhadət şərbətini dadan bu pak ruh, sətirləri şərafətlə yazılan bir ömrün dünya bətnini yaracaq əbədiyyət üçün mümkün yolu idi. Necə ki, bunu insanlıq məktəbi yazan İmam Hüseynin (ə) həyat nümunəsi söyləyir.
Biz şəhidimizin müqəddəs ruhuna ehtiram nümayiş etdirib Allahdan ona rəhmət, ailəsinə, yaxınlarına sonsuz səbr diləyirik.
Allah rəhmət eləsin.
 
 
Hacı Tale Bağırzadə
12 saylı cəzaçəkmə müəssisəsi
1 may 2024-cü il.