Mayın 4-də Müsavat Partiyasının on birinci qurultayı keçirilib.

Qurultay Bakının Əmircan qəsəbəsindək Səttar Bəhlulzadə adına Mədəniyyət Evində baş tutub. Tədbirdə 300-dən çox nümayəndə iştirak edib.
XI Qurultay partiyanın yeni başqanını, Mərkəzi Nəzarət Təftiş Komissiyasını (MNTK) və Məclisini seçir. Partiyanın başqanlığına yeganə namizəd İsa Qəmbər olub. O çıxışı zamanı ölkədə demokratik dəyişikliyə keçid üçün iqtidarla ictimai saziş təklifi ilə çıxış edib. İsa Qəmbər hazırda ölkədə vəziyyətin kifayət qədər ağır olduğunu söyləyib.
Qurultay yekunda İsa Qəmbəri yenidən başqan seçib.
Partiya liderinin çıxışına hakimiyyət rəsmiləri hələlik mövqe bildirməyiblər. Bununla belə onlar müxalifətin insan haqları və digər məsələlərlə bağlı ölkədə vəziyyətin ağır olması mövqeyi ilə razılaşmırlar.
Müsavat Partiyası 1911-ci ildən fəaliyyət göstərir. 1992-ci ildə Müsavat Partiyasının yenidən təşkili ilə bağlı Bərpa mərkəzi yaradılıb. Azərbaycan Milli Məclisinin o vaxtkı sədri İsa Qəmbər partiyanın başqanı seçilib. 1993-cü ildən partiya müxalifətdədir. 2014-cü ilə kimi partiyaya İsa Qəmbər rəhbərlik edib. 2014-cü ildə partiyanın VIII qurultayında Arif Hacılı başqan postuna seçilib.
 
 
AzadlıqRadiosu