Bakı Apellyasiya Məhkəməsi növbəti Müsəlman Birliyi Hərəkatının üzvünün şikayət ərizəsinə baxıb. Mayın 16-da inanclı Mayıl Kərimovun məhkəməyə etdiyi müraciəti Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində CM-nin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə çıxarılan 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasından verilən şikayət əsasında təyin olunmuşdu. Hakim Murad Məmmədov vəkilin qaldırdığı vəsatətləri araşdırsa da, lakin o qərarı qüvvədə saxlayaraq məhkəməni yekunlaşdırıb.
Məhkəmə salonunda Mayıl Kərimov iyunun 15-də qızının toyu barəsində hakimə bildirərək onun bu məclisdə iştirak etmək istəyi və hüququnu bildirib. O əlindən alınan bir çox hüquqları kimi, yeganə qızının toyunda iştirakınında təmin edilməsini tələb edib. Bu istəyinin rədd olunacağı halda Mayıl telefon zəngləri və görüşlərdən imtina edəcəyini bildirib.
Öz növbəsində hakim məsələnin Penitensiar xidmətə aid olduğunu bildirərək müraciətin onun hüquqlarından xaric olduğunu söyləyib.
Xatırladaq ki, Mayıl Kərimov 2023-cü il fevralın 2-də saxlanılmış və barəsində narkotiklə bağlı ittiham irəli sürülmüşdü. 2024-cü il martın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu ittihamla bağlı müqəssir bilərək 4 il müddətinə azadlıqdan məhrum etmişdi.
Apellyasiya məhkəməsi Mayıl Kərimovun hökmünü qüvvədə saxlayıb