Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb

Bəhreynin paytaxtı Manamada keçirilən sammitdə iştirak edən ərəb liderləri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıblar.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalının istinad etdiyi sammitin bəyannaməsində deyilir.

Məlumata görə, Ərəb ölkələri iki dövlətin yaradılması ilə bağlı müsbət qərar qəbul edilənə qədər Fələstində sülhü qorumaq üçün beynəlxalq qüvvələrin yerləşdirilməsinə çağırırlar.