Azərbaycanın Tehrandakı səfirliyinin yeni yeri açıqlanıb

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayhan Hacızadə “Ölkəmizin Tehrandakı səfirliyinin yeni yeri açıqlanıb” deyib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın Tehrandakı səfirliyinin yeni yerinin müəyyənləşdiyini bildirib.

Hacızadə "Son aylarda iki ölkənin səlahiyyətli qurumları ilə əlaqədar qurumlar arasında keçirilən görüşlərdə ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırıldı. Səfirliyimizi yeni yerə köçürdük", - deyə qeyd edib.

"Səfirliyin diplomatik fəaliyyətinin bərpası üçün hazırlıq görülür", - Azərbaycan rəsmisi bildirib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılması ilə bağlı bildirib ki, “Bu ölkənin İrandakı səfirliyinin diplomatik fəaliyyətinin yenidən başlaması üçün yaxşı tədbirlər görülüb”.