İspaniya İsrailə silah aparan gəmiyə liman icazəsi verməyib

İsrailin Qəzzadakı müharibəsinə ən güclü müqavimət göstərən ölkələrdən biri olan İspaniya, Fələstin dövlətinin tanınması üçün Aİ ölkələrinə dəstək nümayiş edirir.

İspaniyanın nəqliyyat naziri Oskar Puente Madridin İsrailə silah daşıyan gəminin ölkənin cənub-şərqindəki Kartagena limanına daxil olmasına icazə vermədiyini bildirib.

Nazir Puente, sosial media platformasında verdiyi açıqlamada El Pais qəzetinin məlumatına görə, gəmi Hindistanın Madras şəhərindən 27 ton partlayıcı aparırmış. Gəminin hədəfinin Hayfa limanı olduğu bildirilən xəbərdə Puente də sözügedən icazənin İspaniya Xarici İşlər Nazirliyi tərəfindən rədd edildiyi ifadə edib. Xarici İşlər Nazirliyi məsələ ilə bağlı dəfələrlə səsləndirilən iddiaları cavabsız qoyub.

Danimarka bayraqlı Marianne Danica gəmisini idarə edən Danica Maritime şirkəti də şərh sorğusuna cavab verməyib.

İddialar hakim sosialistlərlə onların ifrat sol koalisiya tərəfdaşları arasında İsrail limanlarına silah daşıyan gəmilərə icazə verilməsi ilə bağlı müzakirələr zamanı irəli sürülüb.

Koalisiya tərəfdaşlarından biri olan ifrat solçu Sumar prokurorluqdan İsrail gəmilərinin İspaniya limanlarında qalıb-qalmaması ilə bağlı araşdırma başlatmasını xahiş edib.

Bu arada nazir Puente İspaniyada bir limanda dayanan Borkum adlı başqa bir gəminin də İsrailə getmədiyini ifadə edərək, bu gəminin yükünün sahibinin Çexiya olduğunu bildirib.

Bundan əlavə, İspaniyalı nazir bəyan edib ki, Çexiya onlara silah yükünün ixracının və ya üçüncü ölkəyə çatdırılmasının mümkün olmadığına dair yazılı təminat verib.

İsrailin Qəzzadakı müharibəsinə ən güclü müqavimət göstərən ölkələrdən biri olan İspaniya, Fələstin dövlətinin tanınması üçün Aİ ölkələrinə dəstək nümayiş etdirir.