Fransa Azərbaycanı Yeni Kaledoniyaya müdaxilədə ittiham edib

Fransanın daxili işlər naziri Cerald Darmanin Azərbaycanı etirazların keçirildiyi Yeni Kaledoniyaya müdaxilə etməkdə ittiham edib.

Fransanın daxili işlər naziri Darmanin iddia edib ki, Azərbaycanla Fransanın Hind-Sakit Okeandakı muxtar bölgəsi Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının liderləri arasında əlaqə var.

“Frans 2” dövlət televiziyasında canlı yayıma qatılan nazir, "Bu, yuxu deyil, reallıqdır. Yeni Kaledoniyada müstəqillik uğrunda mübarizə aparanların bəzilərinin Azərbaycanla razılaşmasına təəssüflənirəm" deyib.

Fransanın xarici ərazilərindən biri olan Yeni Kaledoniyada konqres ötən ilin aprelində Azərbaycan Milli Assambleyası ilə əməkdaşlıq memorandumu imzaladıqdan sonra Azərbaycanın təsiri ilə bağlı müzakirələr başlayıb. Fransanı Dağlıq Qarabağ məsələsində Ermənistana verdiyi dəstəyə görə tənqid edən Bakı administrasiyası 2023-cü ilin iyul ayında Martinika, Fransız Qvianası, Fransız Polineziyası və Yeni Kaledoniyadan müstəqillik uğrunda mübarizə aparan xadimləri Azərbaycanda qəbul edib.

Konfransda “Fransa anti-müstəmləkəçiliyi və müstəqillik hərəkatlarını” dəstəkləmək məqsədi daşıyan Bakı Təşəbbüs Qrupu yaranıb.

Qrup ötən çərşənbə axşamı mətbuat bəyanatı yayaraq, "Kanakların tutulmasını və Yeni Kaledoniyada Fransız səlahiyyətliləri tərəfindən mülki şəxslərə qarşı zorakılıq hərəkətlərini" pisləyib.

 

Paris və Bakı arasında Qarabağ gərginliyi

Parisi Dağlıq Qarabağ münaqişəsində Ermənistanı dəstəklədiyinə görə tənqid edən Azərbaycanla Fransa arasında aylardır gərginlik artmaqdadır.

2023-cü ilin sentyabrında Fransa prezidenti Emmanuel Makron Qarabağda “Azərbaycanın güc tətbiq etməsini” pisləyib və Ermənistanın ərazi bütövlüyünə sadiqliyini və dəstəyini bir daha bəyan edib.

 

Azərbaycandan açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın daxili işlər naziri Cerald Darmaninin “Azərbaycanın Yeni Kaledoniyadakı hadisələrə müdaxiləsi” iddialarına “Fransanın Azərbaycana qarşı təhqiramiz bəyanatlarını qətiyyətlə pisləyir və “ermənilərin kütləvi qırğını” kimi qəbuledilməz ittihamları pisləyir” deyə cavab verib. O "Biz Azərbaycana qarşı qarayaxma kampaniyasına son qoyulmasını tələb edirik" deyə bəyan edib.