"Qarabağ" "Turan Tovuz"a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura start veriləcək.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, çempion "Qarabağ" bu mövsüm heç bir iddiası qalmayan "Turan Tovuz"u qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq görüş saat 20:30-da başlayacaq.

Hazırda "Qarabağ" 79 xalla turnir cədvəlinə başçılıq edir. "Turan Tovuz" isə 45 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları mayın 17-18-də keçiriləcək.