Tofiq Yaqublu aclığa başlayacağını deyib

Bu barədə məlumatı Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib. Onun sözlərinə görə keçən həftəki görüşdə söhbət əsnasında bunu atası bildirib. Tofiq Yaqublu ölkədə insan haqlarının davamlı pozulması və siyasi məhbusların sayının durmadan artması, ABŞ konqresində Azərbaycan hakimiyyətinə qarşı sanksiya layihəsinin hazırlanmasını və Avropa Parlamentinin qətnaməsini qətiyyətlə müdafiə etdiyini bildirib.

“Düşünürəm ki, demokratik Qərb bu qeyri-legitim və anti-insani rejimə qarşı daha kəskin və qəti addımlar atılmalıdır, o cümlədən Bakıda keçiriləcək COP29 tədbiri boykot edilməlidir.

Səbirsizliklə məhkəmənin başlamasını gözləyirəm. Əgər məhkəmə də mənə qarşı bu absurd və tərbiyəsiz ittihamı müdafiə etsə, aclığa başlayacam. Bu aclığın nəticəsi ölüm belə olsa, məqsədim demokratik dünyanın bu cinayətkar rejimə qarşı daha ciddi addımlar atmağa sövq etməkdir. Hamı bilməlidir ki, cəmiyyətin demokratikləşməsi ölkənin ərazi bütövlüyünün təmin edilməsindən az əhəmiyyətli deyil” – deyə o bildirib.