Şamil Abduləliyevin cəzası ağırlaşdırılaraq 6 ilə yüksəldilib

Mayın 2-də Bakı Apellyasiya Məhkəməsi dövlət ittihamçısının MBH üzvü Şamil Abduləliyev barəsində çıxardığı qərardan verdiyi şikayətinə baxıb. Hakim Murad Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində Şamil Abduləliyev barəsində çıxarılan qərardan dövlət ittihamçısı tərəfindən verilən protestə baxıb. O, öncəki məhkəməsinin qərarını dəyişərək məhkəmənin 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasını ağırlaşdıraraq 6 ilə yüksəldib.

Ümumiyyətlə 2015-ci il “Nardaran” hadisəsindən sonra həbs edilən şəxslərin əfv sərəncamı ilə azadlığa çıxan bütün üzvüləri növbəti həbsləri zamanı əfv qərarları onlar üçün ağırlaşdırıcı hal olaraq göstərilir. Bu sırada köhnə “Nardaran işi” olaraq Etibar İsmayılovun 9 il 9 aylıq cəzası başda olmaqla Seymur Aslanov, Nahid Qəhrəmanov və sairləri cəzanın ağır tərəfi ilə cəzalandırılıblar. Bu isə əfvin cəzani üzərindən silmək deyil, yadda saxlamaq kimi funksiyada icra olunduğunu göstərir. Şamil Abdulaliyev bu sırada istisnalıq təşkil edirdi ki, hakim bu “istisnanı” aradan qaldırıb.

Qeyd edək ki, Şamil Abdulləliyev 2023-cü il martın 16-da saxlanılıb. O, şiə inanclılarının kütləvi şəkildə narkotik ittihamı ilə şərlənərək həbs edilməsi çərçivəsində tutulub.

 Şamil Abdulləliyev 2015-ci il Nardaran hadisələri zamanı da saxlanılmışdı. Hadisədə yaralanan Şamil hal-hazırda iki güllə qəlpəsi ilə olduqca çətin hərəkət edir. Çanaq hissəsində qalan qəlpələrın çıxarılması mümkün olmadığı kimi onun yerimə imkanlarında da ciddi problemlər yaradır. Şamil Abdulləliyev 2021-ci ildə əfv sərəncami ilə azadlığa çıxmışdı.