Fələstin xalqı ilə həmrəylik kampaniyasının rəhbəri: İngiltərə hökuməti Qəzzadakı soyqırımın bir parçasıdır

Fələstin xalqı ilə həmrəylik kampaniyasının rəhbəri İngiltərənin Qəzza zolağında kütləvi məzarlıqların aşkarlanmasına qarşı ölümcül susqunluğunu tənqid edərək, bu ölkə hökumətini Fələstində soyqırım tərədilməsində bir iştirakçı kimi qiymətləndirib.

Londonda Fələstin tərəfdarlarının həftəlik nümayişlərinin təşkilatçılarından biri olan Bin Camal aprelin 27-də yürüş çərçivəsində jurnalistlərə deyib: Bu həftə Qəzzada kütləvi məzarlıqların şokedici görüntülərini gördük. Əlləri bağlı güllələnən fələstinlilər görən hökumətimiz bu cinayətləri törədən rejimə silah satmağa davam edərək soyqırımın bir iştirakçısı olmaqda qərarlıdır.

O əlavə edib: Buna görə də mesajımızı hökumət rəsmilərinə çatdırmaq üçün nümayiş etdiririk.