İsrail rejimi Rəfaha 100-ə yaxın hava hücumu həyata keçirib

İsrail Qəzzada törətdiyi dağıntılardan sonra Rəfah şəhərinə üz tutub. Rəfahda hücumlar həyata keçirən işğalçı İsrail qüvvələri günahsız fələstinliləri bombalamağa davam edir.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, sionist İsrail rejimi ötən bazar ertəsi günündən etibarən Rəfahda təxminən 100 nöqtəyə hava hücumu təşkil etdiyini açıqlayıb və əməliyyatın fotolarını dərc edib. HƏMAS, İslami Cihad və Fəth bir-birinin ardınca bəyanatlar verib.

Sionist İsrail qüvvələrinin verdiyi bəyanatda bazar ertəsi günündən etibarən Rəfahda 100-ə yaxın nöqtəyə hava hücumu təşkil edildiyi və bölgədəki binaların hücuma məruz qaldığı bildirilib. Açıqlamada qarşıdurmalarda 30-a yaxın Həmas üzvünün zərərsizləşdirildiyi bildirilib.

Digər tərəfdən, sionist İsrail qüvvələri dünən humanitar yardımların keçdiyi Rəfah sərhəd qapısının Fələstin tərəfini ələ keçirib.

İsrail hərbçilərinin Qəzza zolağının cənubundakı Rəfah şəhərində həyata keçirdiyi bombalı hücumda aralarında uşaqların da olduğu onlarla insan yaralanıb. Hücum zamanı yaralanan fələstinlilər xəstəxanaya aparılaraq müalicə altına alınıb.

İsrail qüvvələri də Rafahın mərkəzində bir neçə binanı artilleriya atəşi ilə atəşə tutub.

Əldə edilən məlumata görə, hücumlarda aralarında uşaqların da olduğu 25 nəfər yaralanıb, onlardan bəziləri Küveytdəki xəstəxanaya aparılıb.

HƏMAS və İslami Cihad və bölgədən olan sionist İsrail qüvvələri arasında gərgin toqquşmaların olduğu barədə xəbərlər var.

HƏMAS Rəfəh şəhərinin şərqində sionist İsrail qüvvələri ilə toqquşduqlarını açıqlayıb.

İslami Cihad həmçinin Rəfahın şərqində hava limanı yaxınlığında sionist İsrail qüvvələrinə və hərbi maşınlara hücum etdiklərini açıqlayıb.

Fəth Qəzzanın mərkəzi hissəsində qarşıdurmaların davam etdiyini də açıqlayıb.

Sionist İsrail ötən gecə Qəzzanı həm qurudan, həm də havadan intensiv bombardmana məruz qoyub. Sionist İsrail qüvvələri Rəfahın şərqində HƏMAS-a aid çoxlu infrastrukturun aşkar edildiyini bildirib.

Digər tərəfdən, jurnalist Məhəmməd Əbu Təqiyyənin sosial media hesabında paylaşdığı görüntülərlə bağlı açıqlamasında bildirib:

"İşğalçı İsrail qüvvələrinin Rəfahdakı Yardımçı ailəsinin evini atəşə tutması nəticəsində 4 şəhid və 16 nəfər yaralanıb".