İran prezidentini daşıyan helikopter qəzaya uğrayıb

İran xəbər mənbələrinin məlumatına görə İran prezidenti, Təbrizin cümə imamı və Şərqi Azərbaycan valisini daşıyan helikopter Culfada qəzaya uğrayıb.

Fars Xəbər Agentliyi İran prezidentini daşıyan helikopterin dumanlı hava ilə əlaqədar Şərqi Azərbaycana eniş etdiyini və avtomobil yolu ilə Təbrizə doğru hərəkət etdiyini bildirib.

Bəzi mənbələr prezidenti daşıyan helikopterdə olan bəzi şəxslərin mərkəzə çata bildiyini və hadisənin can itkisi olmadan başa çatdığını bildirib.

Bu konvoyda 3 helikopterin olduğu, bəzi nazir və rəsmiləri daşıyan 2 helikopterin isə təhlükəsiz şəkildə təyinat yerinə çatdığı paylaşılıb.