Dünən gecə (8 may) Məşhəd şəhərində yerləşən müqəddəs İmam Rza (ə) ziyarətgahında onun mövludu münasibətilə təntənəli mərasim keçirilib. Minlərlə zəvvarın iştirak etdiyi bu mənəvi gecədə xüsusi ab-hava hökm sürüb.
Mərasim zamanı ziyarətgah möhtəşəm şəkildə bəzədilib, ziyarətçilərə müxtəlif dini və mədəni proqramlar təqdim olunub. Gecənin ən yaddaqalan məqamlarından biri isə atəşfəşanlıq olub. Səmaya yüksələn rəngarəng fişənglər izdihamla qarşılanıb və sevinc hissi yaşadıb.
İranın müxtəlif bölgələrindən və digər ölkələrdən Məşhədə axışan zəvvarlar bu müqəddəs gündə İmam Rza (ə)-nın hərəmini ziyarət edərək dua və ibadətlərlə mənəvi qida alıblar.
Bu mövlud mərasimi, hər il olduğu kimi, bu il də böyük ruh yüksəkliyi və sevgi ilə qeyd olunub.
İmam Rza (ə) mövludu Məşhəddə təntənəli şəkildə qeyd olundu