Niderlandın ən böyük bank qrupu olan “ING Group” 2025-ci il üçün “Brent” markalı neftin orta qiyməti ilə bağlı proqnozunu yenidən nəzərdən keçirərək, onu bir barel üçün 70 dollardan 65 ABŞ dollara endirib.
Bu qərar qlobal neft bazarında tələb və təklif balansının pisləşməsi ilə əlaqədardır.
ING-nin məlumatına görə, 2025-ci ilin birinci rübündə “Brent” markalı neftin orta qiyməti bir barel üçün 75 ABŞ dolları təşkil edib, lakin getdikcə neftin qitmətində azalma gözlənilir: ikinci rübdə bir barel üçün 64 dollara, üçüncü rübdə 62 dollara, dördüncü rübdə isə 59 dollara qədər.
Bankın analitik hesabatında qeyd olunur ki, qiymət enişinə zəif tələb və "OPEC+" siyasətinin dəyişməsi səbəb olub.
“Tarif siyasətindəki qeyri-müəyyənlik nəticəsində yaranan tələb problemləri "OPEC+" kursunun dəyişməsi ilə daha da ağırlaşır ki, bu da hazırda qiymətlərin dəstəklənməsinə deyil, bazar payının qorunmasına yönəlib”, - sənəddə deyilir.
ING-nin məlumatına görə, "OPEC+" hasilat həcmlərinə sürətlənmiş qayıdış elan edib: təkcə iyun ayında tədarükləri gündə 411 min barel artırmaq planlaşdırılır. Qrup əvvəlcə 18 ay ərzində bazara sutkada 2,2 milyon barel qaytarmağı planlaşdırırdı, lakin indi cəmi üç ay ərzində demək olar sutkalıq 1 milyon barel nefti bərpa etmək olar. Hesabatda qeyd olunur ki, bu temp davam edərsə, bütün həcm (2,2 milyon barel) artıq üçüncü rübün sonuna qədər, yəni qrafikdən bir il əvvəl geri qaytarılacaq.
ING bu addımı "OPEC+" karteli daxilindəki fikir ayrılıqları ilə əlaqələndirir: “İstehsalın sürətləndirilmiş bərpası qiymətlərə təzyiq göstərən həddindən artıq təklifə gətirib çıxardı. Bu, 2025-ci il proqnozuna yenidən baxılmasının əsas səbəbi idi.
Qiymətlərə əlavə təzyiq forvard əyrisinin forması ilə təsdiqlənir - 2025-ci il müqavilələrinin əksəriyyəti kontanqo (gələcək qiymətlərin cari qiymətlərdən yüksəkdir) formasında imzalanır. Bu, təklifin artımı və tələbin zəifləyəcəyinin gözlənildiyinə işarədir".
Hesabata görə, "OPEC+" kartelinin hərəkətləri də qeyri-müəyyənlik yaradır: "Qrupun bazar sabitləşdirmə tədbirlərinə qayıtmazdan əvvəl mövcud strategiyasına nə qədər müddət sadiq qalacağı bəlli deyil”.
ING həmçinin böyük istehsalçılar üçün mümkün büdcə təsirlərinə də diqqət ayırır. Belə ki, Səudiyyə Ərəbistanına büdcəni tarazlaşdırmaq üçün hər barelə görə təxminən 90 dollar lazımdır. Hazırkı qiymət şəraitində ölkə büdcə kəsirində artımla üzləşə bilər. Analoji olaraq, ABŞ istehsalçıları üçün yeni quyuları qazanclı şəkildə qazmaq çətinləşir: Dallas Federal Ehtiyat Bankının məlumatına görə, onlara bir barelinin qiymətinin təxminən 65 dollar olması lazımdır. Amma WTI nefti 60 dollardan aşağı ticarət edilir. Qrupun analitikləri hesab edirlər ki, bu, ABŞ-də qazma fəaliyyətinin azalmasına gətirib çıxara bilər və 2025-2026-cı illərdə hasilatın artımını sual altına qoya bilər.
ING-nin yenilənmiş məlumatlarına görə, neftin qiymətinin 2026-cı ildə daha da ucuzlaşacağı gözlənilir: I-ci rübdə bir barel üçün 58 dollar, II rübdə 56 dollar, III rübdə 58 dollar və IV rübdə isə 54 dollar.
Beləliklə, 2026-cı ildə “Brent” markalı neftin orta illik qiyməti, bankın hesablamalarına görə, bir barel üçün 57 ABŞ dolları olacaq.
Report
“ING Group” “Brent” markalı neftin qiymət üzrə proqnozunu bu il üçün 65 dollara endirib