Məscidə silahlı hücum edildi - Ölənlər var

Əfqanıstanın qərbində silahlı şəxs məscidə hücum edib, 6 nəfər ölüb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"Rəsmi məlumatlara görə, qərbi Herat əyalətində naməlum şəxsin məscidə hücumu nəticəsində azı 6 nəfər ölüb, daha bir nəfər yaralanıb”, - deyə qeyd olunub.