Mərakeşdə Qəzzaya dəstək üçün minlərlə insan küçələrə axışıb

İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağına dəstək məqsədilə Mərakeşdə nümayişlər keçirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Mərakeş qeyri-hökumət təşkilatı Ümmət Problemlərinə Dəstək Təşkilatından verilən açıqlamaya görə, 52 şəhərdə 106 fərqli nöqtədə Qəzzaya dəstək nümayişlərinə minlərlə adam qatılıb.

Nümayişçilər qatil İsrailin hücumları və blokadası bitənə qədər Qəzzaya dəstək verməyə və nümayişlər təşkil etməyə davam edəcəklərini bildiriblər.

Qeyd edək ki, Mərakeş Qəzzaya dəstək nümayişlərinin və yürüşlərinin ən sıx olduğu İslam ölkələri sırasındadır.