ABŞ hərbi bazası raketlərlə vuruldu

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağındakı Amerika bazası raket atəşinə tutulub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bazaya 7 raket atılıb. Onlardan 3-ü bazanın ərazisinə düşüb.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri İraq və Suriyadakı Amerika qoşunları vaxtaşırı hücumlara məruz qalır.