“Azərbaycanda islamafobiyanın mənbəyi Əliyev rejminin özüdür.” Bu fikirləri Müsəlman Birliyi Hərəkatının lideri Hacı Tale Bağırzadə həbsxanadan verdiyi bəyanatında bildirib. İlahiyyatçı qeyd edib ki, artıq rejimin saxta ittihamlarla ölkə vətəndaşlarına, xüsusi olaraq inanclılara qarşı həbsləri ağlasığmaz həddə yüksəlib. İşgəncələrlə cinayətin etirafı, yalançı şahidlərin məhkəmədə gülüc vəziyyətə düşməsi, həbs müddəti, sonrakı dönəmlərdə fiziki zor nümayişi birmənalı Əliyev rejminin azğın siyasətinin göstəricisidir. “Hakimiyyətin inanclılara qarşı bu yön davraşı arxasında yalnız bir fikir durur, ölkədə həqiqi İslamın məhdudlaşdırılması, İslama aid köklü dəyərlərin dəyişdirilməsi. Həbslər də məhz buna hesablanıb. Günümüzün Əliyev rejminə aid siyasətində proritet mövzu məhz budur.”
Hacı Tale Bağırzadə: “Azərbaycanda islamafobiyanın mənbəyi Əliyev rejminin özüdür”