Gürcüstan parlamenti “xarici agentlərlə” bağlı qanunu qəbul etdi

Gürcüstan parlamenti plenar iclas zamanı xarici agentlərə dair qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, qanunun lehinə 83, əleyhinə 23 səs verilib.

Xatırladaq ki, daha öncə Gürcüstan Baş naziri İrakli Kobaxidze bəyan etmişdi ki, hakim “Gürcü Arzusu” parlamenti, etirazlara baxmayaraq, “Xarici təsirin şəffaflığına dair” qanun layihəsini qəbul edəcək.