Sayı 73-ə yüksələn daha bir MBH üzvünə hökm oxunub

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Qarayev Mehman Əlzami oğluna hökm oxuyub. Mayın 3-də keçirilən məhkəmə iclası onun barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxıb.

Hakim Elçin Məmmədov dövlət ittihamçısının müttəhim barəsində istədiyi 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasını, eyni halda müdafiə tərəfin təqdim etdiyi sübutları nəzərə alınması ilə son qərarı elan edib. O, inanclı Mehman Qarayev barəsində saxta narkotik ittihamını və bütün məhkəmə boyu şahidlərin qurama sübutlarını əsaslı sayaraq onu 4 il müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, Mehman Qarayev 2023-cü il 11 aprel tarixində saxlanılıb. Ölkədə geniş həbs dalğasının gerçəkləşməsi öz günahsız qurbanları sırasına Mehman Qarayevi də daxil edib. Hələ də davam edən həbslər, günahsız inanclıların “təmizlənməsini” həyata keçirir ki, bu sırada MBH üzvlərinin sayı artıq 73-ə yüksəlib.