Zirvə toplantısı-gözləntilər və nəticələr

Münhen zirvə toplantısı yekunlaşdı. “Zirvə fatehləri” yekdil qərar qəbul edincə görünən budur ki, yenə də zirvədə duran problem deyil, zirvədə duranların diktəsi bu konfransın əsas mövzusu olaraq qaldı. Zirvə toplantısı dünya dövlət başçılarını bir araya gətirməklə bəşəriyyət üçün xüsusi əhəmiyyət daşıyan məsələlər və onların həlli ilə bağlı qərar toplantının proritet mövzusu olmalıdır. Elə məhz məclisin təşkili də buna hesablanıb. Toplantıdan əvvəl dünya mediasının bir nömrəli mövzusu, dünyanın ən aktual problemi tədbir başlayınca dinməz-söyləməz mərasim divarları arxasında qaldı. Səbəb də zirvə toplantısının həmişəki kimi zirvə problemləri deyil, zirvədə duranların maraqlarına xidmət etmək idi.

Dünya artıq dörd ayı keçən və 30 min nəfərin ən qəddar formada qətliamına şahidlik edərkən, Qəzza soyqırımı gözlənilmədən Navalninin ölümü arxasında səssizcə yox oldu. Elə bil Navalninin qəfil ölməsi və ya öldürülməsi soyqırımı yaşayan Fələstin hadisəsindən daha qlobal, itki baxımından daha dəhşətli və siyasi baxımından daha aktual idi. Əlbəttə bunların hansı dövlətin və hansı zirvə qəhrəmanının baxışından baxmaq da diqqətə alınmalıdır. Dünyaya demokratiya nağılı danışanlar bu addımları ilə bir daha göstərdilər ki, belə zirvə toplantıları güc əlində olan dövlətlərin diktəsi üçün silahdır. Navalninin ölümünü Rusiyanın insan haqlarına təcavüzü olaraq qiymətləndirən zirvədəkilər bu dəfə də 10 min gühansız uşağı öldürən yəhudi vəhşiliyini görməzdən gəldi. Güya bəşəriyyətin zirvəzində duran ən böyük problem və həlli təxirə salınmayan məsələ Navalni olaraq mərasimin əsas hissəsini təşkil etməklə onlar toplantının əsas missiyasını yerinə yetirmiş oldular. Hansı ki, Navalni öldüyü halda Qəzzada hər dəqiqə günahsız qurbanlar üçün cəhənnəm olmaqda davam edir.

Əlbəttə, hər bir canlı dəyərlidir. Xüsusi olaraq bu Aleksey Navalni kimi siyasi fiqur olaraq hadisə diqqətdə saxlanılmalı, mövzu tam dəqiqliyi ilə incələnməlidir. Lakin bu heç şübhəsiz Qəzza mövzusu və İsrail amansızlığı ilə müqayisə olunmayacaq qədər fərqə malik deyil. Əksi olaraq, daha böyük bir dəyərdə göstərilməsi isə absurddur. 

Zirvə toplantısı bitdi. Bir daha zirvədə olanların insanlıq deyil, öz maraqları üçün məharətli oyun nümayiş etdirmələrinin şahidi olduq.