Ayətullah Seyid Əli Xameneinin cənazəsini müşayiət edən karvan Kərbəla şəhərinə daxil olub

İslam İnqilabı Lideri Ayətullah Seyid Əli Xameneinin cənazəsini müşayiət edən karvan Kərbəla şəhərinə daxil olub. Burada İnqilab Lideri və ailə üzvləri üçün İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs hərəmlərində vida mərasimlərinin keçirilməsi planlaşdırılır.

Şəhid İran Rəhbərinin nəşi çərşənbə axşamı gecə saatlarında İraqın Baş naziri və İran Prezidentinin rəsmi qarşılaması ilə Nəcəf Beynəlxalq Hava Limanına gətirilib. Ayətullah Seyid Əli Xameneinin və ailə üzvlərinin cənazə namazı və vida mərasimi Nəcəfdə keçirilib. Nəcəfdəki mərasim bir neçə saat əvvəl Həzrət Əmirəlmöminin Əlinin (ə) müqəddəs hərəmində başa çatıb. Daha sonra Ayətullah Xameneinin və ailə üzvlərinin nəşləri Kərbəlaya gətirilib. Mərasimə qatılan böyük izdiham müqəddəs hərəmə doğru gedən 6 kilometrlik marşrut boyu sıralanıb.

İraq hökuməti bu gün ölkədə rəsmi qeyri-iş günü elan edib və hər iki müqəddəs şəhərdə (Nəcəf və Kərbəla) ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.

İraqdakı vida mərasimləri başa çatdıqdan sonra, İnqilab Liderinin nəşi dəfn olunmaq üçün cümə axşamı günü müqəddəs Məşhəd şəhərinə qaytarılacaq.